NATO sammiti – Canlı yayım | Yenilənir

NATO sammiti – Canlı yayım | Yenilənir
  04 Sentyabr 2014    Oxunub:2141
Uelsin Nyuport şəhərində NATO Sammiti davam edir. Bu gün başlayan sammitin gündəliyindəki əsas məsələlər Əfqanıstan, Suriya, İraq və Ukrayna ilə bağlıdır.

Qeyd edək ki, Böyük Britaniya sonuncu dəfə 1990-cı ildə NATO sammitinə ev sahibliyi etmişdi.

Sammitin gedişatını canlı izləmək olar:



NATO baş katibi Anders Foq Rasmussen alyansın Rusiya prezidenti Vladimir Putinin Ukraynanın cənub-şərqində vəziyyətin normallaşddırılması və atəşkəsin elan olunması ilə bağlı təklifini dəstəkləyir.

Bub barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“NATO Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması üçün istənilən addımları dəstəkləyir” – deyə, Rasmussen bildirib.

Onun sözlərinə görə, Moskva hələdə Ukraynanın şərqində mindən çox Rusiya hərbçisinin olduğunu etiraf etməkdən imtina edir: “Rusiya Ukraynanın şərqinə hücum edib”.

*****

Ukrayna prezidenti Pyotr Poroşenko Uelsde keçirilən NATO sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Böyük Britaniya və Mateo Renzi o cümlədən Almaniya kansleri Angela Merkellə görüşüb. AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna liderinin mətbuat katibi Svyatoslav Çeqolko “Twitter” səhifəsində yazıb.

“NATO sammitində unikal format 5+1” – deyə, Çeqalko bildirib.

Mətbuat katibi həmçinin bəyan edib ki, alyans nümayəndələri Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, 30 dəqiqə planlaşdırılan danışıqlar isə, artıq bir saatdan çoxdur ki, davam edir: “Ukrayna məsələsi əsasdır”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti